Makron: "Yaxın vaxtlarda Rusiya ilə Ukrayna arasında sülh danışıqları başlaya bilər"

Makron: "Yaxın vaxtlarda Rusiya ilə Ukrayna arasında sülh danışıqları başlaya bilər"
SİYASƏT
16:03 18.11.2022
280
"Yaxın vaxtlarda Ukrayna ilə Rusiya arasında sülh danışıqlarının başlayacağını gözləyirəm”.

Bunu Fransa Prezidenti Emmanuel Makron deyib.

Onun fikrincə, danışıqlar Çinin vasitəçiliyi ilə keçirilə bilər: "Noyabrın 15-16-da Balidə keçirilən G20 sammitindən sonra dünya liderləri danışıqlarda Çin lideri Si Cinpinin rolunu başa düşüblər".

Xatırladaq ki, Emmanuel Makron G20 sammiti çərçivəsində Çin lideri Si Cinpinlə Ukraynadakı müharibəni müzakirə edib.
 
///Report
OXŞAR XƏBƏRLƏR