"Makron "yaxşı oğlandır”, lakin onun sözləri heç bir məna kəsb etmir"
AZXEBER.COM "Unikal"a istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib. O, Fransa prezidentinin Fələstini tanımaq qərarına belə cavab verib.
Dünən Makron Fransanın Fələstin dövlətini tanımaq qərarına gəldiyini açıqlayıb. Bu, rəsmi olaraq sentyabrda BMT Baş Assambleyasında baş verməlidir. Buna cavab olaraq Netanyahu bu qərarı qətiyyətlə pislədiyini bildirib. Dövlət Departamenti Fransa hakimiyyətinin qərarını ehtiyatsızlıq adlandırıb.