Makron Zelenski ilə görüşmək niyyətindədir

Makron Zelenski ilə görüşmək niyyətindədir
DÜNYA
18:16 15.08.2025
144
Fransa Prezidenti Emmanuel Makron Alyaskada Rusiya və ABŞ liderləri arasında aparılacaq danışıqlardan sonra Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüş keçirməyi planlaşdırır.

Bu barədə "TF1” telekanalı Yelisey sarayına istinadən məlumat yayıb.

Fransa liderinin administrasiyasında qeyd ediblər ki, görüş Alyaskadakı danışıqlardan sonra və tərəflərin qrafiki nəzərə alınmaqla baş tutacaq.

Xatırladaq ki, bu gün Alyaskada Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın görüşü keçiriləcək.
 
\report
OXŞAR XƏBƏRLƏR