Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Makronun qoşun yeridilməsi ilə bağlı bəyanatı Ukrayna elementlərini həvəsləndirmək olub.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makronun Ukraynaya qoşun yeritmək imkanından bəhs etməsi Rusiyanın reaksiyasına səbəb olub.
Makron Ukraynaya quru qoşunlarının rəsmi yerləşdirilməsi ilə bağlı fikir bildiyi olmadığını deyib, lakin gələcəkdə belə bir ehtimalı da istisna etməyib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Makronun sözlərinin heç bir faydası olmayacağını vurğulayıb.
"Sputnik” radiosuna danışan Zaxarova deyib: "Kiyev rejimi cəbhədə acınacaqlı vəziyyətlə üzləşib. Buna heç nə kömək etməyəcək. Makronun bəyanatlarına oxşar bəyanatlar Ukrayna əsgərlərini həvəsləndirmək məqsədi daşıyır”.
Ayşən