Fransa Mrezidenti Emmanuel Makrona etimad reytinqi baş nazirlərin dəyişməsi nəticəsində yaranan siyasi qeyri-sabitlik fonunda aşağı düşüb.
Bunu "Les Echos" qəzetinin sifarişi ilə "Elabe" şirkətinin keçirdiyi sorğunun nəticələri təsdiq edir.
Sorğunun nəticələrinə görə, fransızların yalnız 14%-i Makronun ölkənin üzləşdiyi problemləri effektiv həll etmək qabiliyyətinə inanır. Bu, bir ay əvvəllə müqayisədə üç faiz bəndi azdır.
Ümumilikdə, Fransa prezidentinin etimad reytinqi iki ayda 7, 2025-ci ilin martından isə 13 faiz bəndi aşağı düşüb.
14% etimad reytinqi ilə Makron 2016-cı ilin noyabrında sələfi Fransua Ollandın müəyyən etdiyi antirekordu təkrarlayıb.
Eyni zamanda, ümumilikdə respondentlərin 82%-i Fransanın hazırkı prezidentinə etimadının olmadığını, 59%-i isə ona "qətiyyən etibar etmədiyini" bildirib.
/Oxu.az