Türkiyənin Malatya şəhərindəki İnönü Universitetində Xocalı soyqırımı ilə bağlı tədbir keçirilib.
Tədbirin təşkilatçılarından olan İnönü Universitetinin tələbəsi Araz Hüseynovun AZXEBER.COM-a verdiyi məlumata görə, tədbirdə millət vəkili qənirə Paşayeva və Azərbaycandan gəlmiş nümayəndə heyyəti iştirak edib. Tədbir Xocalı qətliamı zamanı həlak olan şəhidlərimizin ruhuna bir dəqiqəlik sükutdan sonra başlayıb. Daha sonra Azərbaycan və Türkiyə himləri səslənib.
Tədbirdə İnönü Universitetinin dekanı Prof.dr Cemil Çelik və Türkiyədən olan müəllimlər də iştirak ediblər. Tədbir zamanı ermənilərin Xocalıda törətdikləri vəhşiliklə bağlı videoçarxlar və fotolar nümayiş olunub.
Tədbirin təşkilati işləri ilə İnönü universitetində oxuyan azərbaycanlı tələbələr Araz Hüseynov, Zahir Zülfüqarlı, Ramal Şəmşədli, Orxan Abdülbəyli, Elxan Abdülbəyli məşğul olublar.
![](/file/pic/xeber/2014-02-21/72369.jpg)
![](/file/pic/xeber/2014-02-21/72372.jpg)
![](/file/pic/xeber/2014-02-21/72373.jpg)
![](/file/pic/xeber/2014-02-21/72374.jpg)
![](/file/pic/xeber/2014-02-21/72377.jpg)