Malayziya sahillərində faciə: Yüzlərlə insan itkin düşüb

Malayziya sahillərində faciə: Yüzlərlə insan itkin düşüb
DÜNYA
01:23 10.11.2025
217
Tailand-Malayziya sərhədi yaxınlığında miqrantlarla dolu qayıq batıb.

Məlumata görə, insident nəticəsində azı bir nəfər ölüb, yüzlərlə miqrant itkin düşüb, 10 nəfər sağ qalıb.

Qayıqda təxminən 300 nəfər olduğundan ölənlərin sayı arta bilər.

Miqrantların Myanmadan və Banqladeşdən olduqları bildirilir.

/Oxu.az
OXŞAR XƏBƏRLƏR