Malayziyada avtobus qəzası baş verib, 15 nəfər ölüb

Malayziyada avtobus qəzası baş verib, 15 nəfər ölüb
DÜNYA
10:06 09.06.2025
306
Malayziyanın Gerik şəhərində tələbə avtobusunun iştirakı ilə baş verən qəza nəticəsində ən azı 15 nəfər həlak olub, 33 nəfər xəsarət alıb.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, avtobusda 43-ü tələbə olmaqla ümumilikdə 48 nəfər olub.
 
15 nəfərdən 13-ü hadisə yerində, ikisi isə xəstəxanada ölüb.
 
Onların 14-ü tələbə, biri isə avtobus sürücüsüdür.

OXŞAR XƏBƏRLƏR