Maldiv adalarında faciə: On xarici vətəndaş yanaraq öldü

Maldiv adalarında faciə: On xarici vətəndaş yanaraq öldü
DÜNYA
14:34 10.11.2022
218
Maldiv adalarında əcnəbi işçilərin yaşadıqları binada baş verən yanğında azı on nəfər həlak olub.

AZXEBER.COM Xarici mətbuata istinadən xəbər verir ki, Maledə yerləşən binanın üst mərtəbəsindən 10 meyit çıxarılıb. Yanğın binanın 1-ci mərtəbəsində yerləşən avtomobil təmiri qarajında ​​başlayıb.

İlkin məlumata görə, ölənlər arasında bir Banqladeş vətəndaşı və doqquz hindistanlı var.

Yanğın dörd saat ərzində söndürülüb. Onun başvermə səbəbi dəqiqləşdirilməyib.
 
Günel
OXŞAR XƏBƏRLƏR