Maldiv adalarında əcnəbi işçilərin yaşadıqları binada baş verən yanğında azı on nəfər həlak olub.
AZXEBER.COM Xarici mətbuata istinadən xəbər verir ki, Maledə yerləşən binanın üst mərtəbəsindən 10 meyit çıxarılıb. Yanğın binanın 1-ci mərtəbəsində yerləşən avtomobil təmiri qarajında başlayıb.
İlkin məlumata görə, ölənlər arasında bir Banqladeş vətəndaşı və doqquz hindistanlı var.
Yanğın dörd saat ərzində söndürülüb. Onun başvermə səbəbi dəqiqləşdirilməyib.
Günel