Malidə bir qrup hərbi qulluqçu və bir fransız agent saxlanılıb

Malidə bir qrup hərbi qulluqçu və bir fransız agent saxlanılıb
DÜNYA
18:59 15.08.2025
161
Malidə aralarında iki generalın da olduğu bir qrup hərbi qulluqçu ölkədə daxili vəziyyəti pozmağa cəhd ittihamı, həmçinin Fransa vətəndaşı Fransa kəşfiyyatına işləməkdə şübhəli bilinərək saxlanılıb.

Bu barədə "Əl-Cəzirə” yazıb.

"Keçid hökuməti ölkənin dövlət institutlarının sabitliyini pozmağa yönəlmiş cinayət əməlləri ilə əlaqədar silahlı qüvvələrdə və təhlükəsizlik orqanlarında marjinal elementlərin kiçik bir qrupunun həbsi barədə ictimaiyyəti məlumatlandırır”, - deyə təhlükəsizlik naziri Daud Əli Mohamedin televiziya ilə çıxışında bildirib.

Nazirin sözlərinə görə, saxlanılanlar arasında iki general da var. O qeyd edib ki, hərbçilər və mülki şəxslər arasındakı hakimiyyət əleyhdarları xarici dövlətlərdən dəstək alıb.

Həmçinin Fransa vətəndaşı Yan Kristian Bernar Vizilye Fransa kəşfiyyatına işləməkdə şübhəli bilinərək saxlanılıb.

Nazir bildirib ki, əlbir olan şəxslər avqustun 1-dən fəaliyyətə başlayıblar, lakin hazırda vəziyyət nəzarət altındadır.
 
\report
OXŞAR XƏBƏRLƏR