Qurandan ayələr oxuya bilən girovlar buraxılıb.
Malinin paytaxtı Bomakoda Radisson Blu otelinə hücum zamanı ən azı üç nəfər ölüb, İnterfaks France24-ə istinadən xəbər verir.
Oxu.Az xəbər verir ki, 15 girov buraxılıb.
Daha öncə fransız KİV şahidlərə istinadən hücum zamanı iki mühafizəçinin öldürüldüyü barədə məlumat yaymışdı.
Bundan başqa, iki qadının təxliyyə edilməsi barədə məlumat yayılıb. Fransız mətbuatının məlumatına əsasən, Qurandan ayələr oxuya bilən girovlar buraxılıb.
Nigeriya maqnatı Aliko Danqote Malidə yaraqlıların girovları arasındadır, “LIFENEWS” yerli KİV-ə istinadən xəbər verir.
Sərvəti 14,7 milyard dollar olan Danqote Maliyə ölkənin prezidenti ilə danışıqlar aparmaq üçün gəlib.
Əldə olan məlumata əsasən, Danqote öz sərvətini şəkər və un ticarətindən əldə edib.
Malinin paytaxtı Bomako şəhərində iki silahlı şəxs “Radisson” otelində 170 nəfəri girov götürüb.
Bu barədə Bomako otelinin daxil olduğu Rezidor otellər qrupunun mətbuat katibi bildirib.
“Onlar 140-ı qonaq, 30 otel əməkdaşını girov götürüblər. Beləliklə də otel blok edilib, otelə giriş və çıxış qadağan olunub”, - otellər qrupunun mətbuat katibi bildirib.
Reuters-in məlumatına görə, silahlılar otelə “Allahu-Əkbər” qışqıra-qışqıra daxil olublar.
Daha öncə naməlum şəxslərin Malinin paytaxtının mərkəzində yerləşən Radisson Hotel Bomako otelinə hücum etdikləri bildirilmişdi.
Reuters agentliyinin məlumatına görə, hüquq-mühafizə orqanlarının qüvvələri oteli mühasirəyə alıblar. Hazırda otel binasında atışma gedir.