Maliyyə Nazirliyi: "Bu gün beynəlxalq maliyyə qurumları bizimlə əməkdaşlıq edib borc vermək istəyirlər"

Maliyyə Nazirliyi: "Bu gün beynəlxalq maliyyə qurumları bizimlə əməkdaşlıq edib borc vermək istəyirlər"
İQTİSADİYYAT
23:55 15.04.2022
478
Bu gün Azərbaycana borc vermək istəyən bir çox beynəlxalq maliyyə qurumu və kreditor mövcuddur.

AZXEBER.COM xəbər verir ki, bunu Maliyyə Nazirliyi yanında Dövlət Borclarının və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktoru Azər Mursaqulov deyib.

"Onlar bizim qapımızı döyür, onlar bizimlə əməkdaşlıq edib borc vermək istəyirlər. Məsələn, Avropa İttifaqı iki maliyyə qurumu vasitəsi ilə Avropa Yenidənqurma və İnkişaf Bankı və Avropa İnvestisiya Bankı vasitəsi ilə artıq 2 milyard avroluq portfel -kredit xətti ayırıb.Bu vəsaitlər postmüharibə dövründə bərpa üçün nəzərdə tutulub və onları qarşılıqlı razılaşdırılmış layihələrə ayrımaq niyyətləri var", - A. Mursaqulov qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan hökuməti, bununla yanaşı, Dünya Bankı və Asiya İnkişaf Bankı ilə əməkdaşlıq edir, onların artıq ekspert səviyyəsində işğaldan azad edilmiş ərazilərə səfərləri də olub, qiymətləndirmələri də olub: "Hal-hazırda biz onlarla danışıqlar mərhələsindəyik. Onlar konkret hansı layihələr üzrə vəsait ayıracaqları müəyyənləşdirilir. Yenə qeyd edim ki, onların özlərinin marağındadır ki, bizə kredit ayırsınlar.

Bundan başqa, bizim beynəlxalq maliyyə bazarlarında ticarət olunan 3 valyutada fərqli-fərqli dövrl üçün buraxılan istiqrazlarımız da var. Biz agentlik olaraq mütəmadi şəkildə bu istiqrazların sahibi olan investorlarla görüşlər keçiririk. Onları ölkədə aparılan islahatlar, statistik göstəricilər barədə məlumatlandırırıq. Onların daim tələb etdiyi şey, daha çox borc buraxmaq, yəni bildirirlər ki, biz sizin kimi borc alıb xidmət edən borc alanlara ehtiyacımız var.

Biz də hər verilən təklifi qiymətləndiririk, ancaq bizim öz strategiyamız var. Bizim də borcumuz ondan ibarətdir ki, hər verilən təklifi qiymətləndirək - bizim ilk növbədə strateji məqsədlərimizə uyğun gəlib-gəlmədiyini, seçim meyarlarımızdan keçir-keçmədiyini və bütün bunları qiymətləndirəndən sonra seçim edirik".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət etdi
12:19 24.05.2025
Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət etdi
Ötən gün dələduzluğa görə axtarışda olan 11 nəfər saxlanıldı
11:59 24.05.2025
Ötən gün dələduzluğa görə axtarışda olan 11 nəfər saxlanıldı
Bəzi rayonlarda leysan yağır - FAKTİKİ HAVA
11:44 24.05.2025
Bəzi rayonlarda leysan yağır - FAKTİKİ HAVA
Ötən gün vətəndaşların bank kartlarından 5 min manata yaxın pul kiber üsulla oğurlandı
11:35 24.05.2025
Ötən gün vətəndaşların bank kartlarından 5 min manata yaxın pul kiber üsulla oğurlandı
Aktauda AZAL təyyarəsinin qəzaya uğradığı yerdə memorial ucaldılacaq
11:16 24.05.2025
Aktauda AZAL təyyarəsinin qəzaya uğradığı yerdə memorial ucaldılacaq
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanıldı
11:04 24.05.2025
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanıldı
Azərbaycan FHN MDB ölkələrinin birgə təlimində iştirak etdi
10:51 24.05.2025
Azərbaycan FHN MDB ölkələrinin birgə təlimində iştirak etdi
Üçüncü övladını dünyaya gətirmişdi - 13 gün sonra ÖLDÜ
10:34 24.05.2025
Üçüncü övladını dünyaya gətirmişdi - 13 gün sonra ÖLDÜ
Bu yollarda hərəkət məhdudlaşdırılacaq
10:26 24.05.2025
Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Ötən ay 7 minə yaxın əcnəbi Azərbaycanda yaşama icazəsi üçün müraciət edib
10:10 24.05.2025
Ötən ay 7 minə yaxın əcnəbi Azərbaycanda yaşama icazəsi üçün müraciət edib
Azərbaycan iqtisadiyyatına yatırılan xarici investisiyaların həcmi 27 %-dən çox artıb
09:53 24.05.2025
Azərbaycan iqtisadiyyatına yatırılan xarici investisiyaların həcmi 27 %-dən çox artıb
Rusiya Odessa limanına ballistik raketlərlə zərbə endirib: ölən və yaralananlar var
23:48 23.05.2025
Rusiya Odessa limanına ballistik raketlərlə zərbə endirib: ölən və yaralananlar var
Finlandiya bu ölkələrin vətəndaşlarına əmlak almağı qadağan edir
23:31 23.05.2025
Finlandiya bu ölkələrin vətəndaşlarına əmlak almağı qadağan edir
Sarkisyana qarşı 3 milyonluq cinayət işi açıldı
23:17 23.05.2025
Sarkisyana qarşı 3 milyonluq cinayət işi açıldı
Tovuzda minik avtomobili traktora çırpılıb, xəsarət alan var
23:08 23.05.2025
Tovuzda minik avtomobili traktora çırpılıb, xəsarət alan var
Əlaqələndirmə Qərargahının növbəti iclası Ağdam şəhərində keçirilib - FOTOLAR
22:58 23.05.2025
Əlaqələndirmə Qərargahının növbəti iclası Ağdam şəhərində keçirilib - FOTOLAR