Manaf Ağayev qaraciyərini bacısına bağışlayır

MAQAZİN
02:09 11.02.2015
10238

Tanımış müğənni Manaf Ağayev ağır cərahiyyə əməliyyatına hazırlaşır.

Belə ki, müğənninin bacısı qaraciyər sirrozundan əziyyət çəkir və ona təcili qaraciyər köçürülməlidir.

Bacısının həyatını təhlükədən xilas etmək üçün müğənni yaxın günlərdə Türkiyədə ağır cərahiyyə əməliyyatına girəcək.

O, öz qaraciyərini bacısına bağışlayacaq.

TƏBİB.AZ-a danışan Manaf Ağayev bildirib ki, bu onun qardaşlıq borcudur və lazım gələrsə, bacısına görə, ölümə belə getməyə hazırdır.

OXŞAR XƏBƏRLƏR