"Sən özünə şah deyirsənsə, onda Məmmədbağır kimdir, Niyaməddin kimdir, Vidadi Bərdəli, Alim Qasımov kimdir?
AZXEBER.COM xəbər verir ki, bu sözləri Manaf Ağayev Tacir Şahmalıoğlunun ünvanına deyib.
"Rəngarəng" verilişində qonaq olan Manaf Taciri sözlərinə görə tənqid edib:
"Tacir yaxşı sənətkardır. Amma onun "mən şaham", "məndən yoxdur" deməsi düzgün deyil. Onsuz da biz sənə bunu deyirik, sən sənətkarsan. Sən belə deyirsənsə, onda Məmmədbağır kimdir, Niyaməddin kimdir, Vidadi Bərdəli, Alim Qasımov kimdir? Dünyaya Məmmdəbağır kimi bir sənətkar gəlməyib, gəlməyəcək də. Amma o heç vaxt demədi ki, "məndən yoxdur". 1 əsr də keçsə də, ondan bir də olmayacaq. İndikilərə də bunu şamil etmək olmaz. İndi daha çox sənətkarlarımız var. Belə ifadələr düzgün deyil. Eldəniz Məmmədov, Rövşən Əziz Tacirlə ifa edib, yarışa biləcək sənətkarlardır".
Aysel










































