“Manat əslində hər gün devalvasiya olur” – Dollar ucuzlaşır, vətəndaşlara xəbərdarlıq

“Manat əslində hər gün devalvasiya olur” – Dollar ucuzlaşır, vətəndaşlara xəbərdarlıq
MANŞET
12:23 29.01.2026
1455
İqtisadçı Əkrəm Həsənov manatın məzənnəsi ilə bağlı cəmiyyətdə tez-tez verilən "devalvasiya olacaqmı?” sualına maraqlı yanaşma ortaya qoyub. Onun sözlərinə görə, Azərbaycanda manat faktiki olaraq dollara bağlandığı üçün ölkədə "sabit məzənnə” anlayışı yalnız dollar qarşısında keçərlidir. Halbuki dolların özü dünya bazarlarında dəyişdikcə manat digər valyutalar qarşısında ya dəyər qazanır, ya da itirir.

AZXEBER.COM xəbər verir ki, ekspert  bildirib ki, bu səbəbdən Azərbaycanda faktiki olaraq devalvasiya və revalvasiya prosesi hər gün baş verir:


"Manat dollara bağlanıb. Dollar dünyada ucuzlaşanda manat da digər valyutalara münasibətdə dəyər itirir. Dollar bahalaşanda isə manat digər valyutalara qarşı möhkəmlənmiş olur. Yəni bizdə devalvasiya da, revalvasiya da əslində hər gün yaşanır.”

İqtisadçı Mərkəzi Bankın son günlər açıqladığı rəsmi məzənnələrə diqqət çəkərək bildirib ki, manatın real vəziyyəti dolların dünya bazarındakı hərəkətindən asılıdır. Onun sözlərinə görə, dünən dolların möhkəmlənməsi səbəbindən manat bir sıra valyutalara qarşı bahalaşsa da, bu gün dolların zəifləməsi manatın həmin valyutalara qarşı dəyərdən düşməsinə səbəb olub.

Əkrəm Həsənov Avro nümunəsini də çəkib:

"Dünən 1 avro 2,0185 manat idisə, bu gün artıq 2,0401 manatdır. Bu isə faktiki olaraq devalvasiyadır. Yəni Avropa malları bizim üçün bahalaşıb.”

İqtisadçının fikrincə, bu tendensiya gələcəkdə daha da güclənəcək. O, dolların qlobal hegemonluğunun zəiflədiyini və dünyanın yeni maliyyə modelinə doğru getdiyini vurğulayıb:

"Dolların hegemonluğu sona yaxınlaşır. ABŞ dünyanın ən borclu ölkəsidir və Trampın siyasəti də bu çöküşün qarşısını almağa yönəlib. Amma qlobal sistem dəyişir və bu qaçılmazdır. Bu proseslər fonunda insanlar pullarına daha diqqətlə yanaşmalıdır.”
OXŞAR XƏBƏRLƏR