Manatın vəziyyəti ilə bağlı - Mərkəzi Bankdan açıqlama

Manatın vəziyyəti ilə bağlı - Mərkəzi Bankdan açıqlama
TOP4
16:26 10.08.2018
6424
Azərbaycan Mərkəzi Bankı Türkiyədə, Rusiyada və İranda milli valyutanın dollara nisbətdə kəskin ucuzlaşmasının manata təsiri olub-olmayacağı barədə açıqlama verib.

AZXEBER.COM xəbər verir ki, məsələ ilə bağlı Milli Bankın mətbuat katibi Namiq Əliyev Modern.az-ın sorğusunu cavablandırıb.

O deyib ki, valyuta bazarındakı vəziyyət və manatın məzənnəsinə təsir göstərən başlıca fundamental amil tədiyyə balansının durumudur.

"Azərbaycanın tədiyyə balansı göstəricilərinin yaxşılaşması davam etməkdədir. Ölkənin qeyri-neft sektoru üzrə ixrac potensialının artması və dünya bazarında neftin qiymətinin yüksəlməsi cari ildə ixracın  sürətlə genişlənməsinə şərait yaradıb. Ticarət balansından əlavə xidmətlər balansında da pozitiv proseslər davam edir.

Turizm xidmətləri üzrə müsbət saldo qorunub. Bundan başqa ölkəyə daxil olan pul baratlarının həcmində artım müşahidə olunur. Xarici valyuta daxilolmalarının artım  şəraitində ölkənin həm nağd, həm də qeyri-nağd valyuta bazarında vəziyyət  tarazlıdır. Bazarda aparılmış müşahidələrə görə, banklar xarici valyutanın alış-satış məzənnələrini xüsusi məzənnəyə yaxın səviyyədə müəyyən edirlər”.

Mərkəzi Bank rəsmisi bildirib ki, manatın ABŞ dollarına nisbətən rəsmi məzənnəsi isə əlverişli makroiqtisadi mühitdə sabit vəziyyətdədir.

"O ki qaldı Rusiya və Türkiyənin milli valyutalarının ucuzlaşmasına, qeyd edə bilərəm ki, tərəfdaş ölkələrin valyuta bazarlarının vəziyyəti  Mərkəzi Bank tərəfindən daimi olaraq izlənilir”.

N.Əliyev Azərbaycanda bəzi bankların dolların məzənnəsini bahalaşdırması iddialarına da münasibət bildirib:

"Ümumilikdə tərəfdaş ölkələr üzrə manatın çoxtərəfli məzənnəsinin dinamikasında göstərilir ki, ilin ötən dövründə manatın qeyri-neft sektoru üzrə ümumi ticarət çəkili real effektiv məzənnəsi nominal effektiv məzənnə 1.2% möhkəmlənib. Qeyd olunanlar onu göstərir ki, bəzi banklar dolların satış məzənnəsini cüzi arıtıbsa belə, bu yalnız psixoloji faktorla izah oluna bilər”.

Qeyd edək ki,  rəsmi Ankaranın ABŞ-la siyasi gərginliyi fonunda Türkiyə milli valyutası lirənin dollar qarşısında məzənnəsi rekord hədd ucuzlaşıb.

Bu gün bir dolların məzənnəsi 6 lirə civarında olub.

"Amerikanın təhlükəsizliyinin Kremlin aqressiyasından müdafiəsi üzrə Akt” ("Defending American Security from Kremlin Aggression Act) adlanan sənədin mətni açıqlanandan sonra ABŞ dollarına nisbətdə Rusiya rublu da kəskin ucuzlaşıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rutte: NATO-nun hərbi xərcləri son 10 ildə 1 trilyon dollar artıb
01:57 25.06.2025
Rutte: NATO-nun hərbi xərcləri son 10 ildə 1 trilyon dollar artıb
Netanyahu: "İsrail İrana qarşı müharibədə "tarixi qələbə" qazandı"
00:22 25.06.2025
Netanyahu: "İsrail İrana qarşı müharibədə "tarixi qələbə" qazandı"
Putinlə Lukaşenkonun telefon danışığı oldu
23:56 24.06.2025
Putinlə Lukaşenkonun telefon danışığı oldu
Ukrayna və Danimarka birgə silah istehsalına dair saziş imzalayıb
23:51 24.06.2025
Ukrayna və Danimarka birgə silah istehsalına dair saziş imzalayıb
Britaniya ərazisində mümkün müharibəyə hazırlığa çağırılıb
23:46 24.06.2025
Britaniya ərazisində mümkün müharibəyə hazırlığa çağırılıb
İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürülüb
23:18 24.06.2025
İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürülüb
Polşanın XİN başçısı: Vətəndaşlarımız təxliyəyə görə Azərbaycana minnətdardırlar
23:07 24.06.2025
Polşanın XİN başçısı: Vətəndaşlarımız təxliyəyə görə Azərbaycana minnətdardırlar
16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi
22:56 24.06.2025
16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi
Pezeşkian: İran bütün qonşu ölkələrlə sülh və birgə yaşayışa inanır
22:45 24.06.2025
Pezeşkian: İran bütün qonşu ölkələrlə sülh və birgə yaşayışa inanır
Pezeşkian: İsrail öz məqsədlərinə nail ola bilmədi
22:20 24.06.2025
Pezeşkian: İsrail öz məqsədlərinə nail ola bilmədi
İran hava məkanını beynəlxalq reyslərə açıb
22:16 24.06.2025
İran hava məkanını beynəlxalq reyslərə açıb
ASGA Minskdə Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində daha bir önəmli görüş reallaşdırdı - FOTO+VİDEO
21:51 24.06.2025
ASGA Minskdə Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində daha bir önəmli görüş reallaşdırdı - FOTO+VİDEO
Oğurluqda ittiham olunan erməni deputatın Rusiyaya girişi qadağan edilib
21:40 24.06.2025
Oğurluqda ittiham olunan erməni deputatın Rusiyaya girişi qadağan edilib
Avtomobil motosikletlə toqquşdu - Xəsarət alan var
21:32 24.06.2025
Avtomobil motosikletlə toqquşdu - Xəsarət alan var
İsrail Ordusunun Baş Qərargah rəisi: İrana qarşı kampaniya bitməyib
21:25 24.06.2025
İsrail Ordusunun Baş Qərargah rəisi: İrana qarşı kampaniya bitməyib
Trampla Zelenskinin görüş tarixi məlum oldu
21:11 24.06.2025
Trampla Zelenskinin görüş tarixi məlum oldu