“Mançester Siti” futbolçusu ilə müqavilə müddətini uzadacaq

“Mançester Siti” futbolçusu ilə müqavilə müddətini uzadacaq
İDMAN
23:19 20.08.2025
356
İngiltərənin "Mançester Siti” klubu müdafiəçisi Riko Luislə müqavilə müddətini uzadacaq.

20 yaşlı futbolçunun yeni sözləşməsi 2030-cu ilə qədər nəzərdə tutulub.

Mənbənin məlumatına görə, hazırkı müqaviləsi 2028-ci ilə qədər olan oyunçu "şəhərlilər"dən ayrılmaq istəmədiyini bildirib.

Qeyd edək ki, Riko Luis "Mançester Siti"nin yetirməsidir və 2022-ci ildən bu klubda çıxış edir. O, ötən mövsüm 44 matçda 2 qol vurub və 5 məhsuldar ötürmə edib.
 
/report
OXŞAR XƏBƏRLƏR