"Mançester Siti" gələn yay Messini transfer etmək istəyir

İDMAN
13:19 20.11.2022
191
İngiltərənin "Mançester Siti" klubu Lionel Messini transfer etməyi planlaşdırır.

 "Şəhərlilər" argentinalı hücumçunun 2023-cü ilin yayında heyətinə qatmaq istəyir.

Klub rəhbərliyi hesab edir ki, 35 yaşlı forvard Erlinq Holann və Kevin De Brüyne ilə hücum xəttində yaxşı trio təşkil edə bilər.

İddiaya görə, Messinin özü hazırda 2 variantı - PSJ ilə müqaviləni uzatmağı və sabiq komandası olan İspaniya "Barselona"sına qayıtmağı nəzərdən keçirir.

Ulduz futbolçunun bu gün Qətərdə start götürəcək dünya çempionatında sonra qərarını açıqlayacağı gözlənilir.
 
///Report
OXŞAR XƏBƏRLƏR