“Mançester Siti” Mateo Kovaçiçi transfer etməyə yaxındır

İDMAN
19:18 14.06.2023
238
"Mançester Siti” heyətini yeni futbolçu ilə gücləndirir.

Komanda "Çelsi"dən yarımmüdafiəçi Mateo Kovaçiçi transfer etməyə yaxındır.

Futbolçu ilə klub arasında baş tutan danışıqların müsbət nəticələndiyi və şəxsi müqavilənin detallarının razılaşdırıldığı bildirilir.

Xorvatiyalı futbolçunun satışına qarşı olmayan London klubu da qarşı tərəflə danışıqları davam etdirdiyini açıqlayıb. Mançesterlilər oyunçunun transfer qiyməti məsələsində "zadəganlar”la ortaq məxrəcə gələ biləcəklərinə inanırlar.

Qeyd edək ki, son mövsümdə 37 matça çıxan xorvatiyalı 2 qol və eyni sayda assistlə yadda qalıb.
 
///Apasport
OXŞAR XƏBƏRLƏR