İngiltərənin "Mançester Siti” klubu "Barselona”da icarə əsasında çıxış edən portuqaliyalı futbolçusu Joau Konselu üçün İspaniya təmsilçisindən 40-50 milyon avro tələb edib.
2024-cü ilin yayında icarə müddəti başa çatacaq cinah müdafiəçisini transfer etmək istəyən Kataloniya təmsilçisi sözügedən məbləği ödəyəcəyi təqdirdə keçid rellaşacaq.
"Barselona”nın isə 29 yaşlı futbolçu üçün 30 milyon avro ödəməyə hazır olduğu bildirilib.
Qeyd edək ki, Joau Konselu cari mövsüm meydana çıxdığı 33 oyunda 4 qol vurub, 4 məhsuldar ötürmə ilə yadda qalıb.
///report