“Mançester Siti” PSJ-nin qapıçısını aldı

“Mançester Siti” PSJ-nin qapıçısını aldı
İDMAN
21:28 16.08.2025
596
İngiltərənin "Mançester Siti” klubu PSJ-nin və İtaliya yığmasının qapıçısı Cianluici Donnarumma ilə şəxsi müqavilə şərtlərini demək olar ki, razılaşdırıb.

AZXEBER.COM xəbər verir ki, "şəhərlilər” Donnarummanın transferi ilə bağlı razılaşmanın baş tutacağına optimist yanaşırlar.

Xatırladaq ki, avqustun 12-də Cianluici klubdan ayrılacağı ilə bağlı söz-söhbətlər fonunda PSJ azarkeşlərinə müraciət edərək, Paris komandasında qalmayacağını təsdiqləmişdi.

Donnarumma 26 yaşındadır, o, 2021-ci ilin iyul ayından Paris klubunda çıxış edir. Qapıçı komandanın heyətində 161 oyun keçirib və onların 56-da qapısını toxunulmaz saxlayıb.
OXŞAR XƏBƏRLƏR