"Mançester Siti" "Real"ın futbolçusunu transfer edə bilər

"Mançester Siti" "Real"ın futbolçusunu transfer edə bilər
İDMAN
14:56 15.03.2025
204
İngiltərə təmsilçisi "Mançester Siti" İspaniyanın "Real" komandasının yarımmüdafiəçisi Eduardu Kamavinqanı heyətinə qatmaqda maraqlıdır.

"Şəhərlilər"in baş məşqçisi Xosep Qvardiola 22 yaşlı futbolçunu yaxından izləyir.

Mançester klubu yaxın müddət ərzində "Kral klubu"na təklif göndərməyi planlaşdırır.

Qeyd edək ki, bazar dəyəri 80 milyon avro qiymətləndirilən Kamavinqanın "Real"la olan müqaviləsi 2029-cu ildə başa çatacaq.
OXŞAR XƏBƏRLƏR