"Mançester Siti"nin futbolçusu sabiq klubuna qayıda bilər

"Mançester Siti"nin futbolçusu sabiq klubuna qayıda bilər
İDMAN
17:53 11.09.2025
171
İngiltərənin "Mançester Siti" klubunun futbolçusu Bernardu Silva karyerasını Portuqaliyada davam etdirə bilər.

"Benfika"da prezidentliyə namizəd Joau Lopeş seçiləcəyi təqdirdə 31 yaşlı vingeri heyətə qatacağına söz verib.

O, təcrübəli oyunçu ilə müqavilənin hazır olduğunu və keçidi yanvarda gerçəkləşdirmək istədiklərini söyləyib.

Qeyd edək ki, Bernardu Silvanın "şəhərlilər"lə müqaviləsinin müddəti mövsümün sonunda başa çatacaq. Portuqaliyalı futbolçu "Benfika"nın yetirməsidir.
 
\report
OXŞAR XƏBƏRLƏR