"Mançester Siti"nin futbolçusu Səudiyyə Ərəbistanı klubuna keçir

İDMAN
18:13 17.07.2023
220
İngiltərənin "Mançester Siti" klubunun futbolçusu Riyad Mahrez karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

Bu barədə məşhur insayder Nikolo Skira bildirib.

Onun sözlərinə görə, 32 yaşlı yarımmüdafiəçi "Əl-Əhli" ilə anlaşıb. Əlcəzairli oyunçu ilə 3 illik müqavilə imzalanacaq. O, yeni klubunda mövsüm ərzində 30 milyon avro qazanacaq.

Qeyd edək ki, Riyad Mahrez 2022/2023 mövsümündə "şəhərlilər"in heyətində 47 oyuna çıxıb, 15 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.
 

OXŞAR XƏBƏRLƏR