Türkiyə millisinin və "Real Madrid"in ulduzu Arda Gülerə İngiltərədən təklif gözlənilir.
AZXEBER.COM xəbər verir ki, türkiyəli futbolçu üçün "Mançester Yunayted" 100 milyon avro ödəməyə hazırdır.
"Qırmızı şeytanlar" bu transferi gələn il həyata keçirmək niyyətindədirlər.
Amma "Real Madrid"in hələ ki, futbolçunu göndərmək fikri yoxdur.
Qeyd edək ki, Xulian Alvarezin "Atletiko Madrid"ə getməsindən sonra "Mançester Siti"də yaranan boşluğu Pep Qvardiola da Arda ilə doldurmaq niyyətindədir.
Məryəm