"Mançester Yunayted" Harri Keyni transfer etməyi planlaşdırır

İDMAN
10:35 07.02.2025
112
"Mançester Yunayted" gələn mövsüm hücum xəttini gücləndirmək üçün "Bayern"in forvardı Harri Keyni heyətinə qatmağı düşünür.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Keynin Münhen klubu ilə müqaviləsində sərbəstqalma maddəsi yer alır və bu, onun İngiltərəyə qayıtmasını mümkün edə bilər.

Bu qış 67 milyon funt-sterlinqə sərbəst qala biləcək Keynin çıxış maddəsi gələn qış 54 milyon funt-sterlinqə enəcək. Lakin ulduz futbolçu hazırda Almaniyada xoşbəxt olduğunu və bu bəndi aktivləşdirmək fikrində olmadığını bildirib. Bununla belə, Keynin Premyer Liqaya qayıdaraq Alan Şirerə məxsus 260 qolluq rekordu qırmaq istəyəcəyi də ehtimal olunur. Hazırda o, 213 qolla bu rekorda 47 qol uzaqlıqda yerləşir.

İngiltərə Premyer Liqası klubları artıq Keynin müqaviləsindəki bu bənddən xəbərdardır. Xüsusilə "Mançester Yunayted", "Çelsi" və "Nyukasl"ın ulduz forvardı heyətinə qatmaqda maraqlı olduğu iddia edilir.

Qeyd edək ki, Keyn 2023-cü ilin yayında 100 milyon funt-sterlinq qarşılığında "Bayern"ə transfer olunub və bu müddət ərzində 72 oyunda 70 qol vurub.
 
Zəfər Hacılı

OXŞAR XƏBƏRLƏR