"Mançester Yunayted" iki baş məşqçi ilə danışıqlar aparıb

İDMAN
18:55 25.05.2024
235
İngiltərənin "Mançester Yunayted" klubu iki mütəxəssislə danışıqlar aparıb.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bunlar Tomas Tuxel və Kiran Makkennadır.

Tuxel mövsümün sonunda "Bavariya"nı tərk edəcək, Makkena isə "İpsviç"lə Premyer Liqaya vəsiqə qazanıb.

Mançester təmsilçisinin rəhbərliyi baş məşqçi Erik ten Haq üçün münasib əvəzləyici axtarır.

Qeyd edək ki, "qırmızı şeytanlar" bu gün İngiltərə Kubokunun finalında "Mançester Siti" ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

OXŞAR XƏBƏRLƏR