"Mançester Yunayted" PSJ-yə, "Roma" "Porto"ya qarşı - Çempionlar Liqası

"Mançester Yunayted" PSJ-yə, "Roma" "Porto"ya qarşı - Çempionlar Liqası
İDMAN
19:08 12.02.2019
5936

Bu gecə Çempionlar Liqasında 1/8 final mərhələsinə start veriləcək.

AZXEBER.COM xəbər verir ki, ilk oyun gününə iki görüş nəzərdə tutulub.

"Roma" İtaliyada "Porto" ilə qarşılaşacaq. Eyni vaxtda start götürəcək digər görüşdə isə PSJ "Mançester Yunayted"in qonağı olacaq.

Qeyd edək ki, bugünkü oyunlardan başlayaraq Çempionlar Liqasında ilk dəfə videotəkrar (VAR) sistemindən istifadə olunacaq.


Çempionlar Liqası, 1/8 finalın ilk oyunları

12 fevral

00:00. "Roma” (İtaliya) – "Porto” (Portuqaliya)

00:00. "Mançester Yunayted” (İngiltərə) – PSJ (Fransa)


13 fevral

00:00. "Tottenhem” (İngiltərə) – "Borussiya” (Dortmund, Almaniya)

00:00. "Ayaks” (Hollandiya) – "Real” (İspaniya)

OXŞAR XƏBƏRLƏR