"Mançester Yunayted" "Qalatasaray"ın təklifini rədd etdi

"Mançester Yunayted" "Qalatasaray"ın təklifini rədd etdi
İDMAN
12:34 22.07.2024
204
İngiltərənin "Mançester Yunayted" klubu "Qalatasaray"ın Skott Maktomineyə göndərdiyi təklifi rədd edib.

AzxeberSport ingilis mətbuatına istinadən xəbər verir ki, klub şotlandiyalı futbolçu ilə yollarını ayırmaq niyyətində olmadığını açıqlayıb.

Qeyd edək ki, müqaviləsi 2025-ci ildə bitəcək futbolçunun bazar dəyəri 32 milyon avroya bərabərdir.
 
Məryəm
OXŞAR XƏBƏRLƏR