'Mançester Yunayted' qələbəni son dəqiqədə əldən verdi - VİDEO

İDMAN
07:55 21.01.2013
1156
Futbol üzrə İngiltərə çempionatının 23-ci turu liderin xal itkisi ilə yadda qalıb. "Mançester Yunayted" səfərdə "Tottenhem Hotspur" klubu ilə üz-üzə gəlib. Qarşılaşma qonaq komanda üçün uğurlu başlayıb.Oyunun 25-ci dəqiqəsində Robin van Persi Huqo Lorisin qoruduğu qapıya yol tapıb. Bundan sonra "M.Y." uğurla müdafiə olunaraq əks-hücum etməyi də unutmayıb.Ancaq bu vəziyyət matça əlavə olunmuş 3-cü dəqiqəyədək davam edib. 90+3-cü dəqiqədə Dempsi David De Xeanın qoruduğu qapıya yol taparaq "Tottenhem"ə bir xal qazandırıb.

OXŞAR XƏBƏRLƏR