"Mançester Yunayted" Ronaldonun müqaviləsinin ləğvi üçün işlərə start verib

İDMAN
19:35 18.11.2022
235
İngiltərənin "Mançester Yunayted" klubu futbolçusu Kriştianu Ronaldunun müqaviləsini ləğv etmək istəyir.

"Qırmızı şeytanlar" artıq bununla bağlı vəkillər tutub və məhkəməyə müraciət edib.

Mançester təmsilçisi bu məsələnin tez zamanda həll olunmasını istəyir.

37 yaşlı portuqaliyalı hücumçuya Qətərdəki dünya çempionatından sonra məşq bazasına qayıtmamaq göstərişi verilib.

Qeyd edək ki, 37 yaşlı forvard müsahibəsində "Mançester Yunayted"in ona xəyanət etdiyini söyləyib.
 
///Report
OXŞAR XƏBƏRLƏR