"Mançester Yunayted" sevgilisini döyməkdə ittiham olunan futbolçunu məşqlərə qaytarıb

İDMAN
19:56 29.09.2023
341
İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Antoni komanda ilə məşqlərə qayıdıb.

Bu barədə "qırmızı şeytanlar"ın rəsmi saytı məlumat yayıb.

Klub zorakılıq hallarını pislədiklərini və daim polislə əməkdaşlığı davam etdirəcəklərini bildirib.

Qeyd edək ki, 23 yaşlı vinger keçmiş 2022-ci ildə keçmiş sevgilisi Qabriela Kavalyini döyməkdə ittiham olunur.

Antoni daha əvvəl məşqlərdən kənarlaşdırılmışdı. O, sentyabrda eyni səbəbdən Braziliya millisindən də uzaqlaşdırılıb.
OXŞAR XƏBƏRLƏR