"Mançester Yunayted" son 34 ilin antirekordunu təkrarlayıb

İDMAN
18:50 05.04.2024
231
İngiltərə Premyer Liqasının XXXI turu çərçivəsində səfərdə "Çelsi"yə 3:4 hesabı ilə məğlub olan "Mançester Yunayted" cari mövsüm 17-ci məğlubiyyətini almaqla son 34 ilin antirekordunu təkrarlayıb.

"Qırmızı şeytanlar" sonuncu dəfə 1989/1990 mövsümündə eyni sayda matçda rəqiblərinə uduzublar.

Bu məğlubiyyətlərdən 12-si Premyer Liqa oyunlarının payına düşür. Erik ten Haqın yetirmələri 4 dəfə Çempionlar Liqasında rəqiblərinə boyun əyibsə, digər məğlubiyyəti İngiltərə Kubokunun 4-cü turunda passivlərinə yazdırıblar.

Qeyd edək ki, Mançester şəhərinin təmsilçisi Premyer Liqada 48 xalla 6-cı pillədə yer alıb.

OXŞAR XƏBƏRLƏR