UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub.AZXEBER.COM-un məlumatına görə 1/4 finalın son iki iştirakçısı müəyyənləşib.İngiltərənin "Mançester Yunayted" klubu Yunanıstanın "Olimpiakos" komandasını qəbul edib. "Old Trafford"dakı matçı holland FIFA referisi Byorn Kuypers idarə edib. İlk matçda yunanlar 2:0 hesablı qələbə qazanıb. "Qırmızı şeytanlar" mərhələ adlamaq üçün evdə 3 top fərqi ilə qalib gəlməliydi. Belə də oldu. "Mançester Yunayted" "Olimpiakos"u 3:0 hesabı ilə məğlub edib. Hər üç qolu "Qırmızı şeytanlar"ın hücumçusu Van Persi vurub.Digər matçda isə Dortmund "Borussiya"sı "Zenit"i qəbul edib. Tərəflər arasında Sank-Peterburqda baş tutan ilk matçda almanlar 4:2 hesablı qələbə qazanıb. Ona görə də "Zenit" 1/4 finala çıxmaq üçün ən azı 3 qol vurmalıydı. "Zenit" Dortmund "Borussiya"sı nı 2:1 hesabı ilə məğlub etsə də növbəti mərhələyə adlaya bilməyib.Çempionlar Liqası 1/8 finalın cavab oyunları:“Borussiya” (Dortmund, Almaniya) – “Zenit” (Rusiya) - 1:2Qollar: Kehl, 38 - Hulk, 16; Rondon, 73İlk oyun – 4:2“Mançester Yunayted” (İngiltərə) – “Olimpiakos” (Yunanıstan) - 3:0Qol: Robin van Persi, 25; 45; 52