"Mançester Yunayted" Zidanla danışıqlara başladı

"Mançester Yunayted" Zidanla danışıqlara başladı
İDMAN
19:10 30.09.2018
5477
"Mançester Yunayted” Joze Mourinyo ilə yollarını ayırmağa hazırlaşır.

Qol.az-ın "The Sun” nəşrinə istinadən yaydığı xəbərə görə, uğursuz nəticələrə görə portuqaliyalı mütəxəssisin işindən narazı qalan klub rəhbərliyi artıq ona əvəzləyici tapıb. "Qırmızı şeytanlar”ın "Real”ın sabiq çalışdırıcısı Zinəddin Zidanla danışıqlara başladığı iddia olunur. Fransalı mütəxəssisin hazırda Londonda olduğu və ingilis dilini öyrəndiyi bildirilir.
 
Qeyd edək ki, son oyunda "Vest Hem”ə 1:3 hesabı ilə uduzan "Mançester Yunayted” 7 turdan sonra 10 xalla 10-cu pillədə qərarlaşıb.

 

OXŞAR XƏBƏRLƏR