Qol.az-ın "The Sun” nəşrinə istinadən yaydığı xəbərə görə, uğursuz nəticələrə görə portuqaliyalı mütəxəssisin işindən narazı qalan klub rəhbərliyi artıq ona əvəzləyici tapıb. "Qırmızı şeytanlar”ın "Real”ın sabiq çalışdırıcısı Zinəddin Zidanla danışıqlara başladığı iddia olunur. Fransalı mütəxəssisin hazırda Londonda olduğu və ingilis dilini öyrəndiyi bildirilir.
Qeyd edək ki, son oyunda "Vest Hem”ə 1:3 hesabı ilə uduzan "Mançester Yunayted” 7 turdan sonra 10 xalla 10-cu pillədə qərarlaşıb.