“Mançester Yunayted”də Ronaldunu əvəz edə biləcək futbolçu məlum oldu

“Mançester Yunayted”də Ronaldunu əvəz edə biləcək futbolçu məlum oldu
İDMAN
23:44 26.06.2022
343
"PSJ"nin hücumçusu Neymar karyerasını İngiltərə çempionatında davam etdirə bilər.

AZXEBER.COM oxu.az-a istinadən bildirir ki, "RMC Sport"un məlumatına görə, braziliyalının transferini ödəyə biləcək komandalar arasında "Mançester Yunayted" də var.

Hücumçu ilə Kriştianu Ronaldunun komandadan ayrılacağı təqdirdə müqavilə bağlana bilər.
Ətraflı

Neymarın "Nyukasl" və "Yuventus"a keçməsi barədə də iddialar var.

Eyni zamanda, 30 yaşlı futbolçunun 2022-ci il dünya çempionatına hazırlaşdığı üçün heç yerə getmək fikrində olmadığı vurğulanır.

Qeyd edək ki, bir müddət əvvəl PSJ rəhbərliyinin futbolçunun yeni layihədəki statusu ilə bağlı açıqlamalarının ona toxunduğu və bu səbəbdən də Neymarın klubu tərk etməyi düşündüyü barədə şayiələr yayılıb 
OXŞAR XƏBƏRLƏR