İngiltərənin "Mançester Yunayted" klubundan ayrılan məşqçi Stiv Maklaren Yamayka milli komandasını çalışdıracaq.
63 yaşlı çalışdırıcı son olaraq Premyer Liqa təmsilçisində baş məşqçi Erik ten Haqın köməkçisi funksiyasını yerinə yetirirdi.
O, Yamakya yığması ilə iki illik müqavilə bağlayıb.
Qeyd edək ki, Stiv Maklaren daha əvvəl Ser Aleks Ferqyusonun köməkçisi olub. "Tvente"nin baş məşqçisi kimi Niderland çempionluğu yaşayıb.
///report