"Mançester Yunayted"in daha bir futbolçusu qarət olundu

"Mançester Yunayted"in daha bir futbolçusu qarət olundu
İDMAN
12:52 27.03.2022
268
Müqavilə ilə İngiltərənin "Mançester Yunayted" klubuna məxsus futbolçusu Tahit Çon qarət olunub.

Hazırda "Birmingem Siti"də icarədə olan 23 yaşlı hücumçunun evinə gecə vaxtı maskalı şəxslər hücum ediblər. Onlar niderlandlı oyunçunun boğazına bıçağı dirəyərək, evindən minlərlə funt sterlinq dəyərində qızıl-zinət və digər qiymətli əşyaları aparıblar.

Qeyd edək ki, daha əvvəl "Mançester Yunayted"in digər oyunçuları Pol Poqba, Viktor Lindelef və Cessi Linqardın da evi qarət olunub.
 
///Report

OXŞAR XƏBƏRLƏR