"Mançester Yunayted"in futbolçusu digər Premyer Liqa klubuna transfer olunacaq

İDMAN
18:34 12.08.2024
145
İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Aaron Van-Bissaka digər Premyer Liqa komandası "Vest Hem"ə transfer olunacaq.

London klubu 26 yaşlı ingiltərəli müdafiəçi üçün 15 milyon funt-sterlinq ödəyəcək.

Futbolçu bu gün tibbi müayinədən keçəcək və yeni komandasına qoşulacaq.

Qeyd edək ki, 2019-cu ildən "Mançester Yunayted”in formasını geyinən Van-Bissaka 2023/2024 mövsümündə meydana çıxdığı 30 matçda 3 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı futbolçunun dəyərini 20 milyon avro qiymətləndirir.
 
///report

OXŞAR XƏBƏRLƏR