"Mançester Yunayted"in futbolçusu PSJ-yə keçir

"Mançester Yunayted"in futbolçusu PSJ-yə keçir
İDMAN
19:30 20.04.2022
376
İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Pol Poqba karyerasını Fransada davam etdirə bilər.

29 yaşlı yarımmüdafiəçi PSJ ilə müqavilə şərtlərini razılaşdırıb.

İddiaya görə, fransalı oyunçu ilə 4 illik müqavilə imzalanacaq. Poqba Paris təmsilçisinə azad agent kimi keçəcək.

Qeyd edək ki, Pol Poqba cari mövsüm 25 oyunda 1 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "qırmızı şeytanlar"la müqaviləsi iyunun 30-da başa çatacaq.
 
///Report
OXŞAR XƏBƏRLƏR