''Mançester Yunayted''in ulduz futbolçusu ''Zenit''in hədəfində

İDMAN
13:01 07.09.2012
1284

"Mançester Yunayted" klubunun yarımmüdafiəçisi Luiş Nani daha bir komandadan təklif alıb.

Qol.Az-ın "Daily Mail"ə istinadən verdiyi məlumata görə, portuqaliyalı futbolçu Rusiyanın "Zenit" klubunun maraq dairəsinə düşüb.

Peterburq təmsilçisi Naninin transferinə 25 milyon funt-sterlinq xərcləməyə hazırdır. "Zenit" rəhbərliyi artıq futbolçunun özü ilə danışıqlara başlayıb. Tərəflər arasında razılıq əldə olunarsa, 25 yaşlı futbolçu sentyabr ayından "Zenit"in formasını geyinəcək.

Qeyd edək ki, "Mançester Yunayted"lə müqaviləsi 2014-cü ildə başa çatacaq Naninin təzminat qiyməti isə 27 milyon avro olaraq göstərilir.

OXŞAR XƏBƏRLƏR