Futbol üzrə İngiltərə premyer-liqasında 34-cü turun növbəti oyunu keçirilib.
AZXEBER.COM-un məlumatına görə, lider “Mançester Yunayted” düşmə xəttində yer alan “Aston Villa”nı qəbul edib.
Matça sona 4 tur qalmış çempionluğu rəsmiləşdirmək üçün çıxan “qırmızı şeytanlar” məqsədinə nail olub. Robin Van Persinin ilk hissədə vurduğu 3 qol MY-nin tarixində 20-ci çempionluğu bayram etməsinə kifayət edib – 3:0.
1986-cı ildə “Mançester Yunayted”ə rəhbərlik edən Ser Aleks Ferqyusson və 39 yaşlı uelsli futbolçu Rayan Qiqqz komanda ilə birgə 13-cü çempionluğu qazanıb. Bu həm də 1992-ci ildən İngiltərə çempionatının 1992-ci ildən premyer-liqa adlanan formatında MY-nin 13-cü çempionluğu olub.