"Mançester Yunayted"in yeni baş məşqçisi Böyük Britaniyaya gedə bilmir

İDMAN
12:08 11.11.2024
173
İngiltərənin "Mançester Yunayted" klubunun yeni baş məşqçisi Ruben Amorim viza probleminə görə Böyük Britaniyaya uça bilməyib.

Bu barədə "The Times" nəşri məlumat yayıb.

Prosesin daha bir neçə gün uzana biləcəyi vurğulanıb. 39 yaşlı portuqaliyalı mütəxəssis bu gün komandaya qoşulmalı idi.

Qeyd edək ki, Amorimin "qırmızı şeytanlar"la müqaviləsinin müddəti 2027-ci ilin yayınadək nəzərdə tutulub. O, 2020-ci ildən ölkəsində "Sportinq"də çalışıb.
 
///report

OXŞAR XƏBƏRLƏR