"Mançester Yunayted"in zarafatla arası yoxdur 8:2 (VİDEO)
İDMAN
14:00 29.08.2011
2011
İDünən Futbol üzrə İngiltərə Premyer Liqasında 3-cü tura yekun vurulub. Bu tur iki əzəli rəqib - "Mançester Yunayted"lə "Arsenal" üz-üzə gəlib. Görüş sensassiyalı nəticə ilə bitib 8-2.Mançesterlilər "topçular"ın qapısına 8 dəfə yol tapıb. Qollardan 3-ü Runi, 2-ni Yonq vurub, həmçinin Velbek, Nani və Park hərəyə bir dəfə fəqrlənib. "Arsenal"ın heyətində isə Valkot və Van Persi qol vurub. Bu nəticədən sonra "Mançester Y" 9 xalla çempionluğu "Mançester Siti" ilə bölüşür. "Arsenal" isə 1 xalla turnir cədvəlinin sonlarında qərarlaşıb.