Qalatasarayın Spor Toto liqinin 27-ci həftəsində Konyaspor ilə 0-0 bərabərə qaldığı mübarizənin ardından baş məşqçi Roberto Mançini mətbuat konfransında yenə jurnalistlərə əsəbləşdi.
Heyətdə davamlı dəyişiklik etməsinin səbəbinin soruşulması üzərinə İtalyan məşqçi, "Xarici oyunçular haqında qayda var. 6 xarici olduğu zaman Eboueyi oynatamırıq. Sualı verəndə düşünün bir az" deyib.
Hakan Baltanın müdafiyə oynamasını tənqid olunması üzərinə Mancini, "Son 2-3 aydır Hakan Balta müdafiədə oynayır. Bir sual soruşuruqsa, arxasında dayanaq, əlimizdə məlumatlar olsun. Boşuna sual soruşmayın.Mənasiz suallar soruşmayın; düşünüb, ağıllı suallar soruşun. Chedjou neçə matç oynadı. Məni axmaq yerinə qoymayın".