“Qalatasaray”da baş məşqçi postuna gətirilməsi gözlənilən Roberto Mançininin köməkçisi də bəlli olub.
AZXEBER.COM-un məlumatına görə, “cimbom”un sabiq futbolçusu Tuqay Kərimoğlu bu posta əsas namizəddir.
43 yaşlı Tuqay 2010-cu ildə “Qalatasaray”da baş məşqçi Hacinin köməkçisi vəzifəsində işləyib. Hazırda o, Türkiyənin 20 yaşlılardan ibarət yığmasının koordinatorudur.
Qeyd edək ki, Tuqay Kərimoğlu futbolçu karyerası ərzində “Qalatasaray” (1987-1999), “Qlazqo Reyncers” (2000-2001) və “Blekbern”in (2001-2009) şərəfini qoruyub.