Mandelanın dəfn mərasiminə ABŞ-dan 3 prezident gələcək
DÜNYA
10:00 08.12.2013
1150
Cənubi Afrika Respublikasının eks prezidenti Nelson Mandelanın dəfn mərasiminə ABŞ-dan 3 prezidentin - hazırkı prezident Barak Obamanın və eks prezidentlərdən Corc Buşun (oğul), Bill Klintonun gələcəyi məlum olub.ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Corc Buş prezident Barak Obamanın təyyarəsilə gələcək. Bill Klinton isə CNN telekanalına verdiyi müsahibəsində “Mandela ilə vidalaşmaq üçün bizim ailəmiz orda olacaq” sözlərini deyib.