Manisada Qarabağ parkı açılacaq

Manisada Qarabağ parkı açılacaq
SOSİAL
10:37 30.10.2017
732

Türkiyənin Manisa vilayətində Azərbaycanla bağlı tədbirlərdə çıxış edən millət vəkili Qənirə Paşayeva Manisa valisi, millət vəkilləri və bir sıra bölgələrinin bələdiyyə başqanları ilə görüşüb. 

AZXEBER.COM xəbər verir ki, görüş zamanı Q. Paşayeva Azərbaycan ilə Türkiyənin bəzi şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər və bələdiyyələr olduğunu,şahzdələr şəhəri qədim Manisanın da Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istədiyini bildirib. Millər vəkili görüşlər zamanı Dağlıq Qarabağ problemi, Xocalı Soyqırımı, qondarma erməni soyqırımı iddiaları ilə bağlı da fikir mübadiləsi aparıb və yaxın zamanlarda Manisanın mərkəzi küçələrindən birinə, mədəniyyət beşiklərimizdən qədim Qarabağın adının verilməsi təklifi ilə çıxış edib. O, təklifinin reallaşacağına inandığını deyib. Q. Paşayeva Manisada bu cür addımın atılmasının böyük əhəmiyyətindən, vacibliyindən danışıb. Azərbaycanı çox sevdiyini deyən Manisa millət vəkilli Selcuk Özdağ Türkiyənin və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq, Manisada Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət etdiklərini və millət vəkili Q.Paşayevanın təkliifinin reallaşacağını deyib. "Qarabağ problemi, Xocalı ağrısı hər zaman bizim də problemimiz və ağrımızdır. Hər zaman qardaş Azərbaycanın yanındayıq” - deyən Selcuk Özdağ Q. Paşayevanın Manisada Qarabağ parkı təklifini müsbət qiymətləndirdiklərini, bu təkliflərin qısa zamanda reallaşacağını əlavə edib. Manisa valisi, millət vəkilləri və bir sıra bölgələrinin bələdiyyə başqanlarına müəllifi olduğu "Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabı barədə danışan millət vəkili, kitabın növbəti hissələrində qədim Manisanın da yer alacağını bildirib və "Azərbaycan insanı Manisanı daha da geniş tanıyacaq. Bu hədiyyə mənim bu qədim bölgəmizə sevgimi də göstərəcək” - deyib. Manisa valisi, millət vəkilləri və bir sıra bölgələrinin bələdiyyə başqanlarını Azərbaycanda görməkdən məmnun olacaqlarını deyən millət vəkili onları ölkəmizə dəvət edib. Onlar Azərbaycana məmnuniyyətlə səfər etmək və əməkdaşlığı daha da genişləndirmək istədiklərini bildiriblər. Görüş zamanı son günlər bölgədə daha da gərginləşən vəziyyət, Türk dünyasının müxtəlif bölgələrində yaşayan soydaşlarımızın acı və üzüntüləri ətrafında da müzakirələr aparılıb. Manisada 200 azərbaycanlı tələbənin təhsil aldığını deyən millət vəkili Q. Paşayeva tələbələrimizlə bağlı ortaya çıxan məsələlərin həllində Manisa Manisa valisi, millət vəkilləri və bir sıra bölgələrinin bələdiyyə başqanlarının bundan sonra daha çox dəstək verəcəyinə inandığını deyib. Görüşün sonunda Q. Paşayeva onlara Azərbaycan tarixi, mədəniyyəti, Qarabağ həqiqətlərini özündə əks etdirən kitablar, filmlər hədiyyə edib. Onlar da millət vəkilinə Manisanın tarixi, mədəniyyəti ilə bağlı kitablar, materialları hədiyyə edib.

Millət vəkili Manisada Azərbaycanla qardaşlıq körpülərinin daha da güclənməsi üçün çalışan bəzi QHT-lərlə də görüşərək onların fəaliyyətlərinin vacibliyini vurğulayıb.Q.Paşayeva Manisada fəal qadın və gənclər təşkilatları, bölgə KV-ləri ilə də görüşüb və onlara Azərbaycanla bağlı geniş məlumatlar verərək Qarabağ məsələsində fəallığımızı daha da artlrmalııylq və iki qardaş ölkə münasibətlərinə zərər vurmaq istəyənlərə qarşı mübarizəmizi sərtləşdirməliyik deyib. Millət vəkili Q.Paşayeva həmçinin Sakarya millət vəkilləri ilə görüşüb və geniş fikir mübadiləsi aparılıb.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Xamenei və onun Azərbaycanla müharibəsi
00:14 29.06.2025
Xamenei və onun Azərbaycanla müharibəsi
Kreml repressiyası - "Skinhed" ruhlu imperiya
23:59 28.06.2025
Kreml repressiyası - "Skinhed" ruhlu imperiya
Yekaterinburqda işgəncə görən azərbaycanlı: "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər"
23:50 28.06.2025
Yekaterinburqda işgəncə görən azərbaycanlı: "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər"
Hacıbəy Heydərli: Azərbaycan dövləti şimal qonşusundan fərqli olaraq hər bir vətəndaşının arxasındadır
23:34 28.06.2025
Hacıbəy Heydərli: Azərbaycan dövləti şimal qonşusundan fərqli olaraq hər bir vətəndaşının arxasındadır
Kürdəmirdə kişi həyat yoldaşını qətlə yetirib
23:27 28.06.2025
Kürdəmirdə kişi həyat yoldaşını qətlə yetirib
 Baş redaktor: “Rusiya özünün işğalçı müharibəsinə azərbaycanlıları zorla qoşulmağa məcbur edir”
23:20 28.06.2025
Baş redaktor: “Rusiya özünün işğalçı müharibəsinə azərbaycanlıları zorla qoşulmağa məcbur edir”
“Bu, çökən imperiyanın refleksidir”
23:15 28.06.2025
“Bu, çökən imperiyanın refleksidir”
Rusiyada baş verənlər Stalin repressiyalarını belə kölgədə qoyur: Şovinist siyasətin tarixi
23:11 28.06.2025
Rusiyada baş verənlər Stalin repressiyalarını belə kölgədə qoyur: Şovinist siyasətin tarixi
Overçukun Azərbaycana səfəri ləğv olundu - Yekaterinburqdakı hadisələrə görə
23:01 28.06.2025
Overçukun Azərbaycana səfəri ləğv olundu - Yekaterinburqdakı hadisələrə görə
Stiv Uitkoff yaxın günlərdə İran rəsmiləri ilə danışıqlar aparacaq
22:56 28.06.2025
Stiv Uitkoff yaxın günlərdə İran rəsmiləri ilə danışıqlar aparacaq
İsrail Livana zərbə endirib, "Hizbullah"ın bölmə komandanı öldürülüb
22:47 28.06.2025
İsrail Livana zərbə endirib, "Hizbullah"ın bölmə komandanı öldürülüb
Orban: Ukraynanın NATO-ya daxil olması III Dünya müharibəsinə gətirib çıxaracaq
22:41 28.06.2025
Orban: Ukraynanın NATO-ya daxil olması III Dünya müharibəsinə gətirib çıxaracaq
İsrail HAMAS-ın qurucularından birini zərərsizləşdirib
22:31 28.06.2025
İsrail HAMAS-ın qurucularından birini zərərsizləşdirib
Azərbaycanlıların saxlanması ilə bağlı iş xüsusi nəzarətə götürüldü
22:05 28.06.2025
Azərbaycanlıların saxlanması ilə bağlı iş xüsusi nəzarətə götürüldü
İraqda Türkiyə Ordusunun taboruna hücum olub, 10 hərbçi yaralanıb
21:50 28.06.2025
İraqda Türkiyə Ordusunun taboruna hücum olub, 10 hərbçi yaralanıb
Ermənistanlı nazir İstanbulda Türkiyənin daha bir rəsmisi ilə görüşüb
21:41 28.06.2025
Ermənistanlı nazir İstanbulda Türkiyənin daha bir rəsmisi ilə görüşüb